Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > "Reuters": Ər-Riyadda ABŞ səfirliyində partlayışdan sonra yanğın baş verib

"Reuters": Ər-Riyadda ABŞ səfirliyində partlayışdan sonra yanğın baş verib


3-03-2026, 09:50


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş verən partlayışdan sonra ABŞ diplomatik nümayəndəliyinin ərazisində yanğın qeydə alınıb.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Nəşr insidentin nəticələri, partlayışın səbəbləri və ya mümkün xəsarət alanlar barədə məlumat verməyib.

Daha əvvəl AFP şahidlərə istinadən xəbər vermişdi ki, Ər-Riyadın diplomatik məhəlləsində iki güclü partlayış səsi eşidilib.


Geri qayıt