Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ukrayna Ordusu Novorossiyskə zərbə endirib, yaralananlar var
Ukrayna Ordusu Novorossiyskə zərbə endirib, yaralananlar var2-03-2026, 11:41 |
|
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə Novorossiyskə (Rusiya) hücumu nəticəsində beş nəfər yaralanıb. Şəffaflıq.az Rusiya KİV-inə istinadən məlumatına görə, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev "Telegram" kanalında məlumat verib. "Ən güclü zərbə Novorossiyskə dəyib. Beş nəfər yaralanıb, bütün zərərçəkənlərə tibbi yardım göstərilir", - məlumatda bildirilib. Qeyd olunub ki, şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib. Qubernator bildirib ki, hücum nəticəsində səkkiz çoxmənzilli və doqquz fərdi ev, həmçinin uşaq bağçası zədələnib. Geri qayıt |