Əsas Səhifə > SİYASƏT > Anar Əliyev Laçında vətəndaşları qəbul edəcək

Anar Əliyev Laçında vətəndaşları qəbul edəcək


2-03-2026, 10:30


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev martın 13-də Laçın rayonunda sakinləri qəbul edəcək.

Şəffaflıq.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 2 - 4 mart tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcək.


Geri qayıt