Əsas Səhifə > FUTBOL > Misli Premyer Liqasında XXII turun daha iki oyunu bu gün keçiriləcək.
Misli Premyer Liqasında XXII turun daha iki oyunu bu gün keçiriləcək.28-02-2026, 09:30 |
|
Misli Premyer Liqasında XXII turun daha iki oyunu bu gün keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, ilk olaraq "Neftçi" "Şamaxı"nın qonağı olacaq. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. "Ağ-qaralar" 30 xalla 7-ci, bölgə təmsilçisi 25 xalla 8-ci pillədə qərarlaşıb. Günün ikinci qarşılaşmasında "Qəbələ" "Karvan-Yevlax"ı sınağa çəkəcək. Qəbələ şəhər stadionundakı matç saat 17:00-da başlayacaq. Meydan sahibləri 15 xalla 11-ci, qonaqlar 6 xalla 12-ci sıradadır. Misli Premyer Liqası II dövrə, XXII tur 28 fevral 14:30. "Şamaxı" – "Neftçi" Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov VAR: Cavid Cəlilov AVAR: Pərvin Talıbov Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Elgiz Abbasov Şamaxı şəhər stadionu 17:00. "Qəbələ" – "Karvan-Yevlax" Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov VAR: Vüqar Həsənli AVAR: Kamran Bayramov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Bəhram Qurbanov Qəbələ şəhər stadionu Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. Geri qayıt |