Əsas Səhifə > REGİON > Tehranda İran bayrağını yandıran tələbələr təhsildən kənarlaşdırılıblar
Tehranda İran bayrağını yandıran tələbələr təhsildən kənarlaşdırılıblar26-02-2026, 16:32 |
|
Tehran Universitetinin üç tələbəsi İran bayrağına hörmətsizlik etməkdə ittiham olunaraq təhsildən kənarlaşdırılıblar. Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb. Bildirilib ki, həmin tələbələr universitetin intizam şurasının növbəti iclasınadək dərslərə buraxılmayacaqlar. Xatırladaq ki, bir neçə gün öncə universitet tələbələrinin Tehranda keçirilən etiraz aksiyasında İran bayrağı yandırılıb. Geri qayıt |