Əsas Səhifə > ELM VƏ TƏHSİL > Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində smart texnologiyalar tətbiq olunur
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində smart texnologiyalar tətbiq olunur26-02-2026, 16:31 |
|
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində smart texnologiyalar tətbiq olunur. Şəffaflıq.az xəbər verir ki, bunu Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında təhsil müəssisəsinin direktoru Afər Kərimov deyib. O, sözügedən mərkəzin Lənkəran-Astara iqtisadi regionu üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Mərkəzdəki yeni infrastruktur peşə təhsilində bundan sonra daha müasir ixtisasların tətbiqinə imkan yaradacağı xüsusi qeyd olunmalıdır. Hazırda mərkəzdə alternativ enerji, informasiya texnologiyaları, sənaye, həmçinin kənd təsərrüfatı və digər sahələrlə bağlı müasir ixtisaslar üzrə kadrlar hazırlanır. Mərkəzdə smart texnologiyaların tətbiqinə, tələbələrimizin, eləcə də yerli fermerlərin öz sahələri üzrə təkmilləşmələrinə ciddi diqqət yetirilir". Geri qayıt |