Əsas Səhifə > Hadisə > Bakıda tikinti şirkətində işləyən şəxsin üzərinə elektrik barabanı düşərək ölüb
Bakıda tikinti şirkətində işləyən şəxsin üzərinə elektrik barabanı düşərək ölüb26-02-2026, 11:16 |
|
Bakıda tikinti şirkətində işləyən şəxsin üzərinə elektrik barabanı düşərək ölüb. Şəffaflıq.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə yerləşən "Huner Group" MMC-də işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərov üzərinə elektrik barabanının düşməsi nəticəsində ölüb. Faktla bağlı araşdırmalar aparılır. Geri qayıt |