Əsas Səhifə > FUTBOL > Avropa Liqasında 1/8 finala çıxacaq komandalar müəyyənləşir
Avropa Liqasında 1/8 finala çıxacaq komandalar müəyyənləşir26-02-2026, 09:38 |
|
UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları baş tutacaq. Şəffaflıq.az xəbər verir ki, bu gün keçiriləcək matçlardan sonra 1/8 finala adlayacaq komandalar müəyyənləşəcək. Türkiyənin "Fənərbağça" klubu İngiltərədə "Nottinqem Forest"in qonağı olacaq. Almaniyanın "Ştutqart" komandası isə öz meydanında Şotlandiya təmsilçisi "Seltik"lə üz-üzə gələcək. UEFA Avropa Liqası Pley-off mərhələsi, cavab oyunları 26 fevral 21:45. "Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan) İlk oyun – 1:2 21:45. "Viktoriya" (Çexiya) – "Panatinaikos" (Yunanıstan) İlk oyun – 2:2 21:45. "Ştutqart" (Almaniya) – "Seltik" (Şotlandiya) İlk oyun – 4:1 21:45. "Srvena Zvezda" (Serbiya) – "Lill" (Fransa) İlk oyun – 1:0 00:00. "Genk" (Belçika) – "Dinamo" (Xorvatiya) İlk oyun – 3:1 00:00. "Selta" (İspaniya) – PAOK (Yunanıstan) İlk oyun – 2:1 00:00. "Nottinqem Forest" (İngiltərə) – "Fənərbağça" (Türkiyə) İlk oyun – 3:0 00:00. "Bolonya" (İtaliya) – "Brann" (Norveç) İlk oyun – 1:0 Qeyd edək ki, daha əvvəl "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Midtyullann" (Danimarka), "Betis" (İspaniya), "Frayburq" (Almaniya), "Lion" (Fransa), "Roma" (İtaliya) və "Aston Villa" (İngiltərə) 1/8 finala vəsiqə qazanıb. Geri qayıt |