Əsas Səhifə > ELM VƏ TƏHSİL > Şagirdlərin elektron yerdəyişməsi başlayıb
Şagirdlərin elektron yerdəyişməsi başlayıb25-02-2026, 16:43 |
|
2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb. Şəffaflıq.az xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edir. Yerdəyişmə www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Qeyd edək ki, bu gündən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək. Geri qayıt |