Əsas Səhifə > EKOLOGİYA > Havanın temperaturu 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Havanın temperaturu 8 dərəcə enəcək - XƏBƏRDARLIQ25-02-2026, 16:34 |
|
Azərbaycanda sabahdan havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimal olunur. Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-dək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var. Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Geri qayıt |