Əsas Səhifə > Hadisə > Lənkəranda torpaq sürüşməsi olub, 7 kəndi şəhərlə birləşdirən yol dağılıb

Lənkəranda torpaq sürüşməsi olub, 7 kəndi şəhərlə birləşdirən yol dağılıb


25-02-2026, 13:16


Lənkəran rayonunda torpaq sürüşməsi baş verib, Hirkan–Daşdatük–Biləsər yolunda asfalt qatı çöküb.

Şəffaflıq.az-ın məlumatına görə, sürüşmə rayonun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda qeydə alınıb.

Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Qeyd edək ki, sözügedən yol rayonun 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.


Geri qayıt