Əsas Səhifə > SİYASƏT > Zelenski ilk dəfə Kiyevdəki bunkeri göstərib

Zelenski ilk dəfə Kiyevdəki bunkeri göstərib


24-02-2026, 11:22


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Bankova küçəsindəki Ofis binasının altında yerləşən bunkeri və öz iş kabinetini ilk dəfə göstərib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i Prezidentin teleqram kanalındakı müraciətinə istinadən məlumat yayıb.

"Bu kiçik otaqda - müharibənin əvvəlində dünya liderləri ilə ilk danışıqlar burada olub. Burada ABŞ Prezidenti Cozef Baydenlə danışdım və məhz burada eşitdim: "Volodimir, təhlükə var, siz Ukraynanı təcili tərk etməlisiniz. Biz buna kömək etməyə hazırıq". Mən isə cavab verdim ki, mənə taksi yox, silah lazımdır", - o bildirib.

Yayımlanan görüntülərdə o, həmçinin vətənpərvərlik plakatları ilə bəzədilmiş dəhlizləri gəzib.

Qeyd edək ki, Ukrayna Prezidentinin Ofisi Bankova küçəsi 11 ünvanında yerləşir. Bu bina 1936-1939-cu illərdə 1870-ci illərin binasının bünövrəsi üzərində tikilib.

Əvvəlcə orada Kiyev Xüsusi Hərbi Dairəsinin qərargahı, sonralar isə Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsi yerləşib.


Geri qayıt