Əsas Səhifə > Hadisə > Amnistiya aktı ilə 1537 nəfərin cəzası 6 ay azaldılıb
Amnistiya aktı ilə 1537 nəfərin cəzası 6 ay azaldılıb24-02-2026, 11:18 |
|
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı ilə 1537 nəfərin cəzası 6 ay azaldılıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda "Amnistiya aktı: dövlət humanizminin ifadəsi" adlı seminarda bildirib. O bildirib ki, onların 1371 nəfəri az ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər, 166 nəfəri ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə 5 ildən artıq müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslərdir. Geri qayıt |