Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Gürcüstan prokurorluqları arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Gürcüstan prokurorluqları arasında əməkdaşlıq müzakirə olunub23-02-2026, 15:23 |
|
Tbilisidə Azərbaycan və Gürcüstan prokurorluqları arasında əməkdaşlıq müzakirə edilib. Şəffaflıq.az xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin dəvəti ilə Tbilisiyə işgüzar səfərə gedib. Nümayəndə heyəti səfər çərçivəsində Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib. Baş prokuror və nümayəndə heyətinin üzvləri parkda ucaldılan abidə önünə əklil qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. K.Əliyev sonra Azərbaycanın Gürcüstandakı səfirliyində görüş keçirib. Görüşlərdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində birgə fəaliyyət perspektivləri müzakirə olunub. Daha sonra Gürcüstan Baş Prokurorluğunda Azərbaycan və Gürcüstan hüquq-mühafizə orqanları arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirərək Gürcüstanı Azərbaycanın dost ölkəsi kimi qiymətləndirib. Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze də iki ölkənin qurumları arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Tərəflər cinayətkarlığın müxtəlif formalarına qarşı birgə mübarizə, həmçinin ekstradisiya məsələləri və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər. Qurumlar arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Hüquqi sahədə əməkdaşlığın iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına töhfə verəcəyi qeyd edilib. Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak edib. Geri qayıt |