Əsas Səhifə > Hadisə > Gəncədə yük maşını iki avtomobillə toqquşub

Gəncədə yük maşını iki avtomobillə toqquşub


23-02-2026, 14:20


Gəncə şəhərində hərəkətdə olan evakuator tipli yük maşını idarəetmədən çıxaraq "Mercedes" markalı iki avtomobillə toqquşub.

Şəffaflıq.az-ın məlumatına görə, qəza zamanı zərbənin təsirindən minik avtomobillərindən biri yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Avtomobillərə və elektrik təsərrüfatına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt