Əsas Səhifə > Hadisə > Bakıda 61 yaşlı kişi dəm qazından boğularaq ölüb

Bakıda 61 yaşlı kişi dəm qazından boğularaq ölüb


23-02-2026, 11:47


Bakıda 61 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Şəffaflıq.az xəbər verir ki, Qaradağ rayonu Sahil qəsəbə sakini 1965-ci il təvəllüdlü Şeydabəy Həsənbəyov yaşadığı evin hamam otağında ölüb.

Onun dəm qazından zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt