Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Odessaya dron hücumu olub, ölən və yaralananlar var
Odessaya dron hücumu olub, ölən və yaralananlar var23-02-2026, 11:30 |
|
Rusiya ordusu bazar ertəsinə keçən gecə hücum dronları ilə Odessa vilayətindəki obyektləri atəşə tutub, nəticədə iki nəfər həlak olub, daha üç nəfər yaralanıb. Şəffaflıq.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib. "Gecə Rusiya yenidən Odessa vilayətini hücum PUA-ları ilə ilə atəşə tutub. Sənaye, energetika və mülki infrastruktur obyektləri atəşə məruz qalıb. Təəssüf ki, iki nəfər həlak olub. Ən azı üç nəfər yaralanıb, onlara zəruri tibbi yardım göstərilir", - o, "Telegram"da yazıb. Kiper qeyd edib ki, hücum nəticəsində istehsal obyektləri və anbarlar, inzibati binalar, avtosalon, eləcə də nəqliyyat vasitələri zədələnib. Geri qayıt |