Əsas Səhifə > Hadisə > Həftəsonu qanunsuz saxlanılan 67 tüfəng, 5 avtomat aşkarlanıb

Həftəsonu qanunsuz saxlanılan 67 tüfəng, 5 avtomat aşkarlanıb


23-02-2026, 11:26


Həftəsonu polis əməkdaşları tərəfindən xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən fevralın 21-də və 22-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 3 tapança, 2 qumbara, 1 alışdırıcı, 67 tüfəng, 18 patron darağı və 3867 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Şəffaflıq.az


Geri qayıt