Əsas Səhifə > Hadisə > Salyan rayonunda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb.
Salyan rayonunda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb.21-02-2026, 09:59 |
|
Salyan rayonunda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralında qeydə alınıb. Belə ki, yanan avtomobili söndürmək üçün iki nəfər köməyə gəlib. Bu zaman digər nəqliyyat vasitəsi onları vurub. Avtoqəza nəticəsində Neftçala rayonunun Şorkənd kənd sakini, 1983-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev hadisə yerində ölüb. Bundan başqa, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |