Əsas Səhifə > FUTBOL > Misli Premyer Liqasının XXI turunda bu gün daha bir oyun keçiriləcək.
Misli Premyer Liqasının XXI turunda bu gün daha bir oyun keçiriləcək.21-02-2026, 09:56 |
|
Misli Premyer Liqasının XXI turunda bu gün daha bir oyun keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, günün yeganə matçında cari mövsümün ortabab komandalarından "Araz-Naxçıvan" Yevlax şəhər stadionunda autsayder "Karvan-Yevlax"ın qonağı olacaq. Baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında ötən tur ilk qalibiyyətini alan Naxçıvan kollektivi uğurlu seriyanı bu görüşdə də davam etdirmək niyyətindədir. Aran təmsilçisi isə 6 aylıq qələbə həsrətinə son qoymağı hədəfləyir. Tərəflər arasında ilk dövrədə keçirilən görüşdə "Araz-Naxçıvan" qalib gəlib - 2:1. Baş hakim İnqilab Məmmədovun idarəçiliyi ilə baş tutacaq matç saat 14:30-da başlayacaq. Turnir cədvəlində "Araz-Naxçıvan" 30 xalla altıncıdır. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla on ikinci pillədə yer alıb. Misli Premyer Liqası II dövrə, XXI tur 21 fevral 14:30. "Karvan-Yevlax" – "Araz-Naxçıvan" Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev. VAR: Tural Qurbanov. AVAR: Şirmamed Mamedov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Nəriman Axundov. Yevlax şəhər stadionu Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni (2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" oyununda isə qapılara qol vurulmayıb. Bu gün keçirilməsi nəzərdə tutulan "Neftçi" – "Qarabağ" qarşılaşması daha əvvəl qeyri-müəyyən müddətə təxirə salınıb. XXI tura fevralın 22-də yekun vurulacaq. Geri qayıt |