Əsas Səhifə > İnfrastruktur > Bakı metrosunda qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb

Bakı metrosunda qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb


19-02-2026, 16:47


Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.

Şəffaflıq.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub.


Geri qayıt