Əsas Səhifə > SİYASƏT > İsmayıllıda I Qarabağ müharibəsinin itkin-şəhidi Fərman Feyzullayevlə vida mərasimi keçirilib
İsmayıllıda I Qarabağ müharibəsinin itkin-şəhidi Fərman Feyzullayevlə vida mərasimi keçirilib19-02-2026, 16:18 |
|
İsmayıllı rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Fərman Məhəmməd oğlu Feyzullayevlə vida mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, İsmayıllı rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Fərman Məhəmməd oğlu Feyzullayev 1971-ci il aprelin 20-də İsmayıllının İstisu kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunda (Murovdağ silsiləsi) gedən döyüşlər zamanı itkin düşüb. F.Feyzullayev doğulduğu kənddə dəfn ediləcək. Geri qayıt |