Əsas Səhifə > SİYASƏT > Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyevlə vida mərasimi keçirilib
Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyevlə vida mərasimi keçirilib19-02-2026, 13:03 |
|
Cəlilabad şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Abuzər oğlu Quliyevlə vida mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Cəlilabad rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Mahir Abuzər oğlu Quliyev 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. M.Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn ediləcək. Geri qayıt |