Əsas Səhifə > SİYASƏT > Göyçayda I Qarabağ müharibəsinin itkin-şəhidi Vüqar Babayevlə vida mərasimi keçirilib

Göyçayda I Qarabağ müharibəsinin itkin-şəhidi Vüqar Babayevlə vida mərasimi keçirilib


19-02-2026, 12:09


Göyçay rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vüqar Səlim oğlu Babayevlə vida mərasimi keçirilib.

Şəffaflıq.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vüqar Səlim oğlu Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

V.Babayev doğulduğu kənddə dəfn ediləcək.


Geri qayıt