Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Azərbaycanda sabah pensiyalar tam ödəniləcək
Azərbaycanda sabah pensiyalar tam ödəniləcək19-02-2026, 11:49 |
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sabah pensiyaların ödənilməsini tam yekunlaşdırmağı planlaşdırır. Bu barədə Fonddan məlumat verilib. Bildirilib ki, fevralın 20-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərə də ödəniş ediləcək. 1 yanvar 2026-cı ilə qədər təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 % indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq. Şəffaflıq.az Geri qayıt |