Əsas Səhifə > Hadisə > "Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub19-02-2026, 10:36 |
|
"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində fevralın 18-də istehsalat qəzası baş verib. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır. Şəffaflıq.az Geri qayıt |