Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / İqtisadiyyat > Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.


3-03-2020, 16:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.
Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşübş.




 
Geri qayıt