Əsas Səhifə > SİYASƏT > Anar Əliyev fevralın 27-də Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edəcək.
Anar Əliyev fevralın 27-də Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edəcək.18-02-2026, 11:13 |
|
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev fevralın 27-də Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə Şəffaflıq.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar fevralın 18-20-də Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər. Geri qayıt |