Əsas Səhifə > İnfrastruktur > "YouTube" platformasının işində problem yaranıb
"YouTube" platformasının işində problem yaranıb18-02-2026, 09:25 |
|
Bir neçə ölkədə "YouTube" platformasının işində problem yaşanıb. Şəffaflıq.az bu barədə "Downdetector" saytına istinadən xəbər verir. Ən çox şikayət - 20 mindən çox - ABŞ-dən daxil olub. İstifadəçilərin 18 %-i saytın işləməsində, 16 %-i videoların axınla izlənməsində problem yaşayıb, 56 %-ində isə tətbiq ümumiyyətlə işləməyib. "Downdetector"un məlumatına görə, xidmətin işində ciddi kəsintilər həmçinin Böyük Britaniya, Almaniya, İtaliya və Fransada da müşahidə olunur. Böyük Britaniyada 37 mindən çox istifadəçi platformanın işindən şikayət edib, Almaniyada təxminən 7 min, İtaliyada isə 5 mindən çox şikayət qeydə alınıb. Geri qayıt |