Əsas Səhifə > MEDİA > Report Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub
Report Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub17-02-2026, 15:34 |
|
"Global Media Group" Media Akademiyasının tərkibində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 20-ci qrupu yeni təlim proqramına qoşulub. Şəffaflıq.az xəbər verir ki, müraciət edənlərdən 11 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək. "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev tələbələrlə görüşdə bildirib ki, xəbərin jurnalistika standartlarına uyğun hazırlanması prioritet məsələlərdən biridir: "Bir agentlik olaraq xəbərlərin mümkün qədər geniş auditoriyaya çatdırılmasında maraqlıyıq. Xəbərin doğru təqdim edilməsinə, beynəlxalq standartlara uyğun olmasına daim çalışırıq. Report Media Məktəbindəki təlim kursu da tələbələrin xəbərin hazırlanma prosesini tam mənimsəməsinə yönəlib". Geri qayıt |