Əsas Səhifə > Hadisə > Füzulidə ağır yol qəzasında 1 nəfər ölüb, 4-ü yaralanıb

Füzulidə ağır yol qəzasında 1 nəfər ölüb, 4-ü yaralanıb


17-02-2026, 09:56


Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın xəbərinə görə, hadisə rayonun Kərimbəyli kəndi qeydə alınıb.

Belə ki, "QAZel" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan 44 yaşlı Beyləqan rayon sakini Tərgül Allahyar qızı Mirzəyeva hadisə yerində keçinib.

"Mercedes"in sürücüsü Bakir Qardaşxanov və onun sərnişinləri - Qalsanov Sərvan Mahmud oğlu, Ağalarzadə Rauf Vüqar oğlu və Atakişiyeva Brilyant Təbriz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır


Geri qayıt