Əsas Səhifə > Gündəm > Vilayət Eyvazov idarə və şöbəni
Vilayət Eyvazov idarə və şöbəni3-03-2020, 15:30 |
Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib. Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, bununla bağlı ilk xəbəri yenisabah.az saytı yayıb. Geri qayıt |