Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Belçika ABŞ səfirini məhkəməyə verib

Belçika ABŞ səfirini məhkəməyə verib


17-02-2026, 09:46


Belçikanın xarici işlər naziri Maksim Prevost ABŞ-nin Brüsseldəki səfiri Bill Uaytı ölkəni antisemitizmdə ittiham edən və səhiyyə nazirini tənqid edən şərhləri ilə bağlı məhkəməyə çağırıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nazir dünən öz hesabında yazıb ki, Belçika antisemitizmi ən sərt şəkildə pisləyir: "Belçikanın antisemit ölkə olması ilə bağlı hər hansı bir fikir yalan, təhqiramiz və qəbuledilməzdir. Belçikalı nazirə qarşı şəxsi hücumlar və məhkəmə işlərinə müdaxilə əsas diplomatik normaları pozur. Səfir çərşənbə axşamı dərhal görüşə çağırılıb".


Geri qayıt