Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İtaliya Rusiya nümayəndə heyətini Cenevrəyə aparan təyyarənin keçidinə icazə verib
İtaliya Rusiya nümayəndə heyətini Cenevrəyə aparan təyyarənin keçidinə icazə verib17-02-2026, 09:31 |
|
İtaliya Ukrayna ilə bağlı danışıqlar üçün Cenevrəyə gedən Rusiya nümayəndə heyətinin olduğu təyyarənin ölkənin hava məkanından keçidinə icazə verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Uçuş monitorinq kanallarının məlumatına görə, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin təyyarəsi İtaliya hava məkanına daxil olub. Moskvadan Cenevrəyə ümumi uçuş müddəti təxminən doqquz saat olacaq. Geri qayıt |