Əsas Səhifə > REGİON > Türkiyədə kömür mədənində uçqun olub, 3 nəfər dağıntılar altında qalıb

Türkiyədə kömür mədənində uçqun olub, 3 nəfər dağıntılar altında qalıb


16-02-2026, 16:38


Türkiyənin Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində kömür mədənində uçqun baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində mədəndəki 3 işçi dağıntılar altında qalıb.

Əraziyə xilasetmə qrupları, Təcili Tibbi Yardım və jandarma qüvvələri cəlb olunub.


Geri qayıt