Əsas Səhifə > SİYASƏT > Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq
Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq16-02-2026, 16:37 |
|
Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib. A.Paşazadə xatırladıb ki, hazırda QMİ-nin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir: "Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir. Hazırda Vatikanda nümayəndəliyimizin yaradılması istiqamətində danışıqlar aparırıq". Geri qayıt |