Əsas Səhifə > REGİON > Rusiyanın Kuril adalarının şimalında gecə saatlarında 6 maqnitudada zəlzələ qeydə alınıb.
Rusiyanın Kuril adalarının şimalında gecə saatlarında 6 maqnitudada zəlzələ qeydə alınıb.16-02-2026, 09:05 |
|
Rusiyanın Kuril adalarının şimalında gecə saatlarında 6 maqnitudada zəlzələ qeydə alınıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Yujno-Saxalinsk Seysmoloji Stansiyasının rəhbəri Yelena Semenova məlumat verib. "16 fevral tarixində, saat 02:58-də (Bakı vaxtı ilə saat 03:58) Matua adasından 160 km şərqdə 6 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 73 km dərinlikdə yerləşib. Zəlzələnin hiss olunduğu barədə heç bir məlumat verilməyib", - o bildirib. Dağıntı və ya tələfat barədə məlumat verilmir. Qeyd edək ki, daha əvvəl Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb. Geri qayıt |