Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib13-02-2026, 14:02 |
|
Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov və BMT-nin baş katibinin gənclərlə iş üzrə köməkçisi - BMT-nin Gənclərlə İş üzrə İdarəsinin rəhbəri Felipe Paulyer mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə ediblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə BMT-nin Gənclərlə İş üzrə İdarəsinin "X" sosial şəbəkəsində məlumat verilib. "Mədəniyyət və gənclər sülhün və dialoqun möhkəmləndirilməsinə töhfə verir. BMT-nin baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paulyer Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərovla BMT-nin Gənclərlə İş üzrə İdarəsi ilə tərəfdaşlıq, mədəniyyətlərarası dialoq, gənclərin psixi sağlamlığı və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib", - məlumatda bildirilib. Geri qayıt |