Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Əfqanıstanda zəlzələ nəticəsində üç nəfər yaralanıb
Əfqanıstanda zəlzələ nəticəsində üç nəfər yaralanıb13-02-2026, 10:38 |
|
Əfqanıstanın şimalında baş verən 4,5 maqnitudalı zəlzələ nəticəsində üç nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 02:42-də baş verib, episentri Səməngan vilayətinin Xulm rayonunda yerləşib. Yeraltı təkanlar qonşu Balx, Səməngan, Fariab, Cauzcan və Sar-e-Pul vilayətlərində hiss olunub. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur. Geri qayıt |