Əsas Səhifə > SİYASƏT > Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi QHT-ləri WUF13-də aktiv iştiraka çağırıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi QHT-ləri WUF13-də aktiv iştiraka çağırıb12-02-2026, 11:00 |
|
QHT-lər WUF13-də aktiv iştirak etməlidirlər. Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayeva QHT-lər üçün təşkil edilmiş "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda WUF13 üzrə təlimdə deyib. Onun sözlərinə görə, forumda yerli iştirakçılıq çox önəmlidir: "Hər birimiz WUF13-də aktiv iştirak etməliyik. Orada çoxsaylı tədbirlər keçiriləcək, önəmli məsələlərin müzakirəsi baş tutacaq. Qonaqlarla birgə bizim də yerli iştirakçılığımız böyük önəm daşıyır. QHT-ləri forumda aktiv iştiraka səsləyirik". Xatırladaq ki, bu il mayın 17-22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Geri qayıt |