Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Pensiyaların yeni artımla birgə ödənişinin tarixi açıqlanıb

Pensiyaların yeni artımla birgə ödənişinin tarixi açıqlanıb


11-02-2026, 14:42


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edilib ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.

Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.

Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.



Geri qayıt