Əsas Səhifə > Hadisə > Sumqayıtda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb

Sumqayıtda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb


11-02-2026, 13:03


Bakı-Quba avtomobil yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, "Volkswagen" markalı avtomobil yolu keçən 38 yaşlı Xədicə Kərimovanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb. Qeyd edək ki, hadisə zamanı minik avtomobili aşıb, maşında olan 1988-ci il cı il təvəllüdlü kişi xəsarətlərlə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Geri qayıt