Əsas Səhifə > REGİON > Xarkovda PUA hücumları nəticəsində uşaqlar da daxil olmaqla dörd nəfər ölüb
Xarkovda PUA hücumları nəticəsində uşaqlar da daxil olmaqla dörd nəfər ölüb11-02-2026, 12:38 |
|
Ukraynanın Xarkov vilayətinin Boqoduxov şəhərində Rusiya silahlı qüvvələrinin hücumları nəticəsində dörd nəfər həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb. "Rusiya hərbçiləri pilotsuz uçuş aparatı ilə Boqoduxov şəhərinin fərdi ev sektoruna hücum edib. Zərbə tamamilə dağılmış yaşayış evinə dəyib. 60 kv. m sahədə yanğın baş verib. Nəticədə dörd nəfər - iki yaşınadək üç uşaq və bir kişi ölüb", - məlumatda bildirilib. Geri qayıt |