Əsas Səhifə > İnfrastruktur > Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib10-02-2026, 09:22 |
|
Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, bununla bağlı məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Geri qayıt |