Əsas Səhifə > Hadisə > Vüqar Məmmədovun həbs müddəti artırıldı

Vüqar Məmmədovun həbs müddəti artırıldı


9-02-2026, 23:50


"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.

Şəffaflıq.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqin təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatı təmin edib və V. Məmmədov barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.


Geri qayıt