Əsas Səhifə > MALİYYƏ > Maliyyə Nazirliyi ötən il 150 hüquqi aktın layihəsini hazırlayıb
Maliyyə Nazirliyi ötən il 150 hüquqi aktın layihəsini hazırlayıb9-02-2026, 15:28 |
|
2025-ci ildə Maliyyə Nazirliyi 150 hüquqi aktın layihəsini hazırlayıb, bunun 45-i təsdiqlənib. Şəffaflıq.az bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, il ərzində hazırlanmış hüquqi akt layihələrinin 43-ü qanun, 50-si prezident fərmanı, 9-u Nazirlər Kabinetinin qərarı, 4-ü prezident sərəncamı, 40-ı Nazirlər Kabinetinin sərəncamı, 4-ü isə nazirliyin kollegiya qərarı olub. Hesabat dövründə nazirliyə 1 248 hüquqi aktın layihəsi daxil olub ki, bunun da 1 002-nə hüquqi rəy verilib, 246-nı nazirliyin rəhbərliyi vizalayıb. Geri qayıt |