Əsas Səhifə > REGİON > Qazaxıstanda aeroportda partlayıcı olması səbəbindən insanları təxliyə ediblər

Qazaxıstanda aeroportda partlayıcı olması səbəbindən insanları təxliyə ediblər


9-02-2026, 13:54


Qazaxıstanın Atırau hava limanının binasında sərnişinin əl yükündə partlayıcı maddənin olması barədə məlumatla əlaqədar insanlar təxliyə edilib.

Şəffaflıq.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Antiterror Mərkəzindən bildirilib.

"Atırau-Almatı marşrutuna qeydiyyat zamanı bir şəxs əl yükündə partlayıcı maddə olduğunu bildirərək qəsdən yalan məlumat yayıb. Xüsusi xidmət orqanlarının apardığı yoxlama zamanı bu məlumat öz təsdiqini tapmayıb", - mərkəzdən bildiriblər.

Bu faktla bağlı Nəqliyyatda Polis Departamenti Cinayət Məcəlləsinin 273-cü maddəsi ("Terror aktı barədə qəsdən yalan məlumat vermə") üzrə cinayət işi açıb. Yoxlama başa çatdıqdan sonra hava limanının fəaliyyəti bərpa edilib.


Geri qayıt