Əsas Səhifə > Hadisə > Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralılar var
Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralılar var9-02-2026, 10:04 |
|
Şəmkirdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb. Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Hadisə zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində dünyasını dəyişib. Sərnişinlər - Quba rayon sakini, 1994-cü il təvəllüdlü Samir Qurbanov və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Namiq Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |