Əsas Səhifə > FUTBOL > "Real" və "Bavariya"nın sabiq futbolçusu ABŞ klubuna keçir

"Real" və "Bavariya"nın sabiq futbolçusu ABŞ klubuna keçir


6-02-2026, 12:34


İspaniyanın "Real" və Almaniyanın "Bavariya" klubunun sabiq futbolçusu Xames Rodriges karyerasını ABŞ-də davam etdirəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 33 yaşlı yarımmüdafiəçi "Minnesota Yunayted"lə anlaşıb. Kolumbiyalı oyunçu MLS təmsilçisinə azad agent kimi qoşulacaq.

Qeyd edək ki, Xames Rodriges son olaraq Meksikada "Leon"un formasını geyinib.


Geri qayıt