Əsas Səhifə > XARİCİ XƏBƏR > CNN: Tramp vağzala və hava limanına öz adının verilməsini istəyir

CNN: Tramp vağzala və hava limanına öz adının verilməsini istəyir


6-02-2026, 09:37


ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkdakı "Penn station" və Vaşinqton yaxınlığındakı Dalles Beynəlxalq Hava Limanının onun şərəfinə adlandırılacağı təqdirdə Hudson çayının altında yeni tunelin tikintisi üçün vəsait ayıracağına söz verib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə CNN xəbər yayıb.

Məlumata görə, ABŞ Prezidenti bu təklifi ötən ay demokratların Senatdakı lideri Çak Şumer (Nyu-York ştatından senator) ilə müzakirə edib. Tramp vağzal və hava limanının adının dəyişdirilməsi müqabilində, Hudson çayının altından keçən, tunel vasitəsilə Nyu-York və Nyu-Cersi ştatlarını birləşdirməsi planlaşdırılan nəhəng "Gateway" infrastruktur layihəsi üçün təxminən 16 milyard dollar vəsaiti ayıracağına söz verib. Lakin Şumer Trampa belə qeyri-adi tələbi yerinə yetirmək səlahiyyətinin olmadığını bildirib.


Geri qayıt